Məktəbimizdə Uşaqların müdafiəsinə həsr olunmuş tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi və onların sağlam təlim-tərbiyəsi Azərbaycan Respublikasında həmişə önəmli sahələrindən sayılır. Uşaq Hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş sazişdə nəzərdə tutulan müddəalara əsasən, Respublikamızda uşaqların hüquqları təmin edilir, mədəni, sosial, hətta siyasi hüquqları müdafiə olunur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz çıxışlarının birində vurğulayır: “ Uşaqların silahlı münaqişəyə qoşulması və uşaq alveri, uşaq vəhşiliyi və s. yolverilməzdir. Bu müsair dünyanın əsas bəlalarındandır. Məktəbimizdə vaxtaşırı Uşaqların müdafiəsinə həsr olunmuş tədbirlər keçirilir. Tədbiri giriş sözü ilə açan Leyla Baxşıyeva Respublikamızda uşaqlara göstərilən dövlət qayğısından söhbət açıb. Daha sonra uşaqlar tərəfindən göstərilən bir-birindən maraqlı rəqs və musiqili kompozisiyalar zövqləri oxşayıb. Uşaqlar onlara göstərilən diqqət və qayğı üçün dövlətimizə minnətdar olduqlarını bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi