Məktəbdə Milli Qəhrəman Yusif Mirzəyev Vəli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə oktyabrın 23-də “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ”20 Yanvar Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Milli Qəhəmanımızın adın daşıyan və qarşısında büstü qoyulan Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib. Tədbirdə Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İB-nin İdarə heyətinin nümayəndələri, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, təşkilatın sədri Sultan Əzimzadə və sədr müavini, eləcə də istefada olan sərhədçi Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, məktəbimizin şagirdləri iştirak edib. Tədbirdə təşkilatın sədri həyata keçirilən layihə haqqında məlumat vermiş, daha sonra məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edib. Tədbirin gedişatında vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı olan Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Milli Qəhrəmanımız Yusif Mirzəyevlə bağlı xatirələrini danışıb, vətənpərvərlik mahnısının səsləndirilməsi ilə tədbir yekunlaşıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi