Şagirdlərə yol hərəkəti qaydaları haqqında məlumat verilib

Bakı şəhər Uşaq Afto Şəhərciyinin nümayəndələri məktəbimizin valideyn və şagirdləri ilə görüşüblər. Şəhərciyin şöbə müdiri Fəridə Süleymanova və Sevda Əsgərova valideyn və şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib, onlara qaydaları əyani əks etdirən kitabçalar paylayıblar. Daha sonra Azərbaycan Milli Avtomobil klubunun nümayəndəsi Vəfa Hüseynli yol qaydalarına dair film nümayiş etdirib. Valideyn və şagirdləri maraqlandıran suallara cavablar verib. Maarifləndirmə baxımından tədbir mühüm əhəmiyyət kəsb edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi