"Beynəlxalq Sülh Günü" ilə əlaqədar şagirdlərin rəsm əsərləri

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq, 21 avqustdan 21 sentyabr tarixədək Beynəlxalq Sülh Günü ilə əlaqədar “Sülh aylığı” elan olunub. Bununla əlaqədar məktəbimizdə bir sıra tədbirlər həyata keçirilib. 21 sentyabr tarixdə rəsm çəkmək qabiliyyəti olan bir sıra şagirdlər məktəbin həyətində sülhə aid rəngli təbaşirlərlə bir-birindən gözəl rəsm əsərləri çəkiblər. Bütün siniflərdə bu mövzuya həsr olunmuş divar qəzetləri buraxılıb. Sinif təşkilat saatları həmin mövzuya həsr edilib. Sinif rəhbərləri rəhbərlik etdiyi siniflərdə beynəlxalq aləmdə baş vermiş hadisələr, Azərbaycanın Qarabağ problemi barədə şagirdlərə geniş məlumatlar veriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi