Məktəbdə 15 sentyabr "Bilik günü" qeyd edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31.08.2016-cı il tarixli 264 nömrəli əmrinə əsasən məktəbimizdə 2017-2018-ci tədris ilinin ilk dərs məşğələləri “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcıdır” mövzusuna həsr olunub. Məktəbdə dərs ilinin başlanğıcına həsr edilmiş təntənəli tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası himninin sədaları ilə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Leyla xanım Baxşıyeva birinciləri və valideynləri yeni dərs ili müasibətilə təbrik edib. Daha sonra Leyla xanım Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandanı İ.Əliyevin işğaldan azad olunmuş Cəbrayıl rayonunun C.Mərcanlı kəndinin bərpası və buraya hazırda digər bölgələrdə məskunlaşmış yerli əhalinin köçürülməsi barədə tapşırığını ölkə ictimaiyyəti doğma ata-baba torpaqlarımıza qayıdışın başlanğıcı olduğunu qeyd edib. Leyla müəllimə bildirib ki, C.Mərcanlıdakı məktəbdə çalınan ilk zəng tarixi qələbəyə çağırışın sədalarıdır. Tədris hissə müdiri ilk zəng münasibətilə tədbir iştirakçlarını təbrik edərək 2016-2017-ci tədris ilində məktəbin uğurlarından və məktəb kollektivi qarşısında duran vəzifələrdən danışıb. Birincilər öz müəllimlərini şeirlə salamlayıblar. Oxunan mahnılar öz melodiyaları ilə tədbir iştirakçılarının alqışlarına səbəb olub. Bu ilki onbirincilər birinciləri təbrik ediblər və səmaya rəngli şarlar buraxıblar. Beləliklə məktəbin ilk dərs zəngi çalınıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi