Birincilərin son dərs günü keçirilib

İyunun 13-də məktəblərdə birincilərin son dərs günü hesab olunur. Həmin gün bütün məktəblərdə olduğu kimi 44 nömrəli tam orta məktəbdə də dərslərin buraxılış günü keçirilib. Birincilər bu günə həvəslə, həyəcanla hazırlaşıblar. Onlar məktəbə, vətənə, Ana dilinə aid şeirlər söyləyiblər,mahnılar ifa ediblər, tamaşaya qoyduqları səhnəcikləri göstəriblər. Bu buraxılışı izləyənlər birincilərin bu bir ildə necə böyüdüklərini, yazıb oxumağı öyrənməklə yanaşı, onların dünya görüşünün artmasının şahidi olublar. Burada iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini T.Xankişiyeva, tərbiyə işləri üzrə direktor müavini Q.Cəfərova onlara gələcək dərslərində müvəffəqiyyət arzu ediblər, valideynlərə isə uşaqlarının təhsil həyatlarında yaxından iştirak etmələrini məsləhət biliblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi