Məktəbdə “Dəyirmi masa” keçirilib

İyunun 13-də məktəbimizdə böyük Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyi münasibətilə “Vaqif poeziyası nurunda” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbirdə məktəb müdiriyyəti, fənn müəllimləri, 9C və 10A sinif şagirdləri iştirak ediblər. “Dəyirmi masa”nı giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat müəllimi C.Həşimova M.P.Vaqifin keçdiyi mənalı ömür yolu haqqında, ədəbiyyatımıza gətirdiyi yeniliklər barədə məlumat verib. Daha sonra şairin əsərləri söylənilib və müzakirə edilib. M.P.Vaqifin əsərlərinə bəstələmiş musiqi əsərləri oxunub. Dahi Azərbaycan şairi S.Vurğunun “Vaqif” pyesi əsasında səhnəciklər tədbir iştirakçılarını daha çox maraqlandırıb. Sonra Qarabağın-Şuşanın işğalı, Cıdır düzündəki Vaqif məqbərəsinin girov olmasından ürək yanğısı ilə söhbət açılıb. B.Vahabzaənin “Oxuma, bülbül! şeirinin Qarabağ şikəstəsinin melodiyaları altında səsləndirilməsi görüş iştirakçılarını çox duyğulandırıb. Z.Yaqubun “Dur ayağa”, məmləkətim! şeirinin 9C şagirdlərinin ifasında səslədirilməsi onlarda döyüş ruhunu, vətənpərvərlik hissini gücləndirib. Tədbirin sonunda tədris hissə müdiri T.Xankişiyeva Aprel döyüşlərində ordumuzun qələbəsindən söhbət açıb və bildirib ki, çox yaxın vaxtlarda Ali Baş Komandan İ.Əliyevin başçılığı ilə biz Qarabağı düşməndən azad edəcəyik. Böyük şairimiz M.P.Vaqifin başqa yubileylərini Şuşada da qeyd edəcəyik. Daha sonra Ceyran müəllimə klassik irsimizə, milli-mənəvi dəyərlərimizə verdiyi qiymət üçün Azərbaycan Respublikası Cənab İ.Əliyevə və Azərbaycan Respublikasının Vitse-prezidenti M.Əliyevaya təşəkkür edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi