“Tullantıdan incəsənətə” adlı rəsm sərgisi keçirilib

İyunun 5-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında təşkil olunan “Tullantıdan incəsənətə” mövzusunda rəsm sərgisi keçirilib. “Ümumdünya Ətraf Günü” münasibətilə 44 nömrəli tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olunub. Sərgidə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədiməliyev, Məktəbdənkənar fəaliyyətin təşkilinin sektor müdiri Afiq Əzizov və İctimaiyyətlə əlaqələr sektorun məsləhətçisi Şəhanə Bağırova iştirak ediblər. Tədbirdə məktəbin direktoru Leyla Baxşıyeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin layihəsi əsasında reallaşan sərginin təşkil edilməsində məqsəd tullantılara ikinci həyat vermək, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq və şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. 70-dək əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilib. Bir sözlə, lazımsız əşyalar sərgidə nümayiş edilən əsərlər vasitəsilə yenidən canlandırılıb”, -deyə L.Baxşıyeva söyləyib. Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bu tip sərgilərin təşkilini yüksək qiymətləndirib. G.Verdiyeva ətraf mühitin mühafizəsi sahəsində gənc nəslin rolunun zəruriliyini bildirərək dövlət orqanları ilə yanaşı, ictimaiyyətin bu sahədə aktiv iştirakının, əhali arasında maarifləndirmə işlərinin aparılmasının əhəmiyyətini diqqətə çatdırıb. O, qeyd edib ki, Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili”elan etməsi bu sahəyə diqqəti daha da artırıb. Sərgidə iştirak edən qonaqlar belə tədbirlərin əhəmiyyətini vurğulayaraq, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi