1 İyun - “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə tədbir keçirilib

1 İyun - “Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibətilə məktəbimizdə tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan L.Baxşıyeva dünyada qeyd edilən bu tarixi günün faydasından danışıb. Leyla xanım bildirib ki, həmişə uşaqlara dövlət qayğısı göstərilib. Ulu öndərimiz H.Əliyev “Uşaqlar xalqımızın gələcəyidir, onlara göstərilən qayğı dövlətimizin gələcəyinə atılan təməl daşıdır”-deməsi buna bariz nümunədir. Hal hazırda H.Əliyev Fondunun sədri M.Əliyevanın gənc nəslə olan dəstəyi bitib tükənməzdir. Çıxışlardan sonra bir-birindən rəngarəng səhnəciklər, şeirlər və mahnılar ədəbi-bədii kompozisiyanı daha da maraqlı edib. Şagirdlər məktəbdə uşaq hüquqlarını əks etdirən səhnəciklərdə özlərinə olan münasibəti əyani şəkildə göstəriblər. Müxtəlif xalqların rəqslərinin ifası tədbirə daha gözəl rəng qatıb. Uşaqlara olan dövlət qayğısı onlarda ruh yüksəkliyi yaradıb və vətənpərvərlik hissini alovlandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi