“Tullantıdan sənətə” mövzusunda 44 və 328 nömrəli məktəblərin şagirdləri birgə fəaliyyət göstəriblər

Şagirdlərdə ekoloji tərbiyəni formalaşdırmaq, onlarda təbiətə maraq, qayğı və məhəbbət oyatmaq, onun sərvətlərindən düzgün istifadə etməyi öyrətmək, istedadlı və yaradıcılıq qabiliyyəti olan şagirdlər üzə çıxarmaq və onlardan ekoloji mədəniyyətin tərbiyə edilməsi məqsədilə “Ekoloji aylıqlar” layihəsi çərçivəsində iyun ayı üçün təqdim olunan “Tullantıdan sənətə” mövzusu istiqamətində 44 və 328 nömrəli məktəblərin şagirdləri birgə fəaliyyət göstəriblər. Əməkdaşlıq şəraitində yığılan tullantılardan şagirdlər müxtəlif dekorativ əl işləri hazırlayıblar. İş prosesində texnologiya, rəsm və biologiya müəllimləri də sahələri üzrə məlumatlar verərək işlərin tərtibatına, hazırlamasına köməklik ediblər. Hazırlanmış əşyaların iyun ərzində sərgisinin təşkil olunması nəzərdə tutulub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi