Məktəbimizin 2a sinif şagirdləri "Xalça muzeyində" olub

Məktəbimizin 2a sinif şagirdləri Xalça muzeyində olub. Muzeydə olan qədim və yeni xalçalar onların marağına səbəb olub. Şagirdlər muzeydə xalçanın əllə toxunuşunu əyani olaraq görüblər. Yeganə müəllimə onlara xalçanın ən dəyərli sərvətimiz olduğunu başa salıb. Sonra isə onlar İçərişəhərə ekskursiya ediblər. Şagirdlər İçərişəhərdə isə Qala divarlarını, Karvansaranı, Qız qalasını, Şirvanşahlar sarayını əyani olaraq görüblər. Azərbaycan xalqının qədim olduğunu sübuta yetirən memarlıq inciləri ilə tanış olublar. Şagirdlər qayıtdıqdan sonra “Xalça muzeyi” mövzusunda inşa yazıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi