Məktəbin VIIa sinfində “Açıq dərs” keçirilib
Məktəbin VIIa sinfində fizika fənnindən “Arximed qanunu. Cisimlərin üzmə şərtləri” mövzusunda “Açıq dərs” keçirilib. Açıq dərsin məqsədi “Maye və qaz daxilində olan cisimlərə təsir edən itələyici qüvvənin - Arximed qüvvəsinin şagirdlər tərəfindən kəşfi, bu qüvvənin asılı olduğu kəmiyyətlərin təcrübələrlə yoxlanılması idi. Şagirdlər cismi mayeyə batırdıqda çəkisinin azalmasını sadə təcrübələrlə nümayiş etdiriblər.