Məktəbdə "Hamı üçün təmiz su” mövzusunda tədbir keçirilib

“Dünyanın ən böyük dərsi”- Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinin elan edilməsi ilə əlaqədar birgə təhsil layihəsidir. Bu layihə 17-ci məqsədin -“Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” məqsədinin mühümlüyünün canlı sübutudur. Bununla əlaqədar məktəbimizdə “Hamı üçün təmiz su” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan biologiya müəllimi Sahilə Əliyeva açaraq, təmiz suya ehtiyacdan, dünya əhalisinin bir qisminin su problemi yaşadığını qeyd edib. IV sinif şagirdlərinin iştirakı ilə “Təmiz su axtarışı”adlı səhnəcik təqdim olunub. Şagirdlər səhnəciyi çox məharətlə ifa ediblər. Şagirdlər xəritədə su çatışmazlığı yaşayan qitə və ölkələri göstərərək, onun səbəblərindən danışıblar. Tədbirin sonunda IX sinif şagirdlərinin ifasında su il bağlı olan flaşmob rəqs göstərilib. Daha sonra şagirdlər suya qənaətlə bağlı riyazi məsələlər həll ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi