Məktəbdə Şuşanın işğalına həsr olunmuş “Dəyirmi masa” keçirilib

Mayın 8-də məktəbimizdə IXb və Xa sinif şagirdlərinin iştirakı ilə Şuşanın işğalına həsr olunmuş “Azərbaycan - ürəyi qan” mövzusunda “Dəyirmi masa” keçirilib. "Dəyirmi masa"nı tərbiyə işləri üzrə direktor müavini Q.Cəfərova və məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi C.Həşimova təşkil ediblər. Şuşa şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şuşa şəhərinin tarixi, Qarabağ xanlığının mərkəzi kimi fəaliyyət göstərən bu nadir qədim mədəni mərkəz haqqında məruzəni IXc sinif şagirdi Həsənzadə Nazpəri məruzə edib. Daha sonra şagirdlərlə şəhərin tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi və törədilən vandalizm barədə müzakirələr aparılıb. Şuşa şəhərinin müdafiəsi vaxtı şəhid olan qəhrəmanlar haqqında məlumat verilib. Şagirdlərə Aprel döyüşləri haqqında məlumatlar verən Azərbaycan dili və ədəbiyyat müəllimi C.Həşimova bir daha vurğulayıb ki, müzəffər Azərbaycan ordusunun Şuşa şəhərini erməni vandalizmindən azad edəcəyi gün yaxınlıqdadır. "Dəyirmi masa" şagirdlərdə vətənpərvərlik ruhunu yüksəldib, onlarda qələbəyə inam hissini formalaşdırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi