"Oxu günü" tədbiri keçirilib

25 Aprel tarixi dünya təqvimində Beynəlxalq Oxu Günü kimi qeyd olunur. Bu səbəbdən aprelin 29-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi və H.Əliyev Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Oxu Günü ” tədbiri keçirilib. Oxu gününün qeyd olunmasında əsas məqsəd şagirdlər arasında mütaliyəyə marağı artırmaq, oxu vərdişlərinin inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. Tədbirdə Bakı məktəblərinin şagirdləri, məktəb müdirləri və fənn müəllimləri iştirak ediblər. Hər məktəbin özünəməxsus dəsti-xəti, rəngarəngliyi göz oxşayıb. M.C.Paşayevin “Bir gəncin manifesti” əsərini Azərbaycan-dili və ədəbiyyat ədəbiyyat müəllimi C.Həşimovanın ssenarisi əsasında qurulan “İtə ataram, yada satmaram” səhnəciyi, dahi M.C.Paşayeva həsr olunmuş şeir, dahilərin elm və təhsil haqqında olan aforizmlər yazılmış lövhəciklər, təşkilatçı Q.Cəfərovanın tərtibatında qədim sənət əşyaları əsasında yaradılan bazar səhnəciyi, dahi Azərbaycan şairi S.Ə.Şirvaninin obrazını canlandıran şagirdin özü tədbir iştirakçılarını və xarici qonaqları çox maraqlandırıb. Millət vəkili Q.Paşayevanın bizim görüşüb şəkil çəkdirməsi, bizə “Səni Allaha eşq götürür” əsərini təqdim etməsi şagirdləri çox sevindirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım və digər qonaqlar səhnəciyə baxıblar. “İtə ataram, yada satmaram” səhnəciyinin ifası, M.C.Paşayevin əsərləri əsasında aparılan mütaliənin müzakirəsi tədbir iştirakçılarının marağına səbəb olub. Bu tədbir məktəblilərdə bədii əsərlərin mütaliəsinə marağını gücləndirib və onların dünyagörüşünün formalaşmasına çox müsbət təsir göstərib. Əsərdə milli-mənəvi dəyərlərə verilən qiymət onlarda vətənpərvərlik hissini gücləndirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi