Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib

28 aprel tarixində məktəbin VII sinif şagirdləri Azərbaycanın görkəmli elm xadimi, gözəl oftomoloq Zərifə xanım Əliyevanın yaşadığı həyat yolu haqqında gözəl, hərtərəfli bir ssenari hazırlanaraq, ümumi məktəb üzrə tədbir keçirilib. Bu tədbirinin keçirilməsinin məktəb şagirdlərinə mahiyyət etibarı ilə çox məlumatlar verib. Tədbirdə Azərbaycan qadınının bütün özəllikləri Zərifə xanımın timsalında öz əksini tapıb. Gözəl övlad, Heydər Əliyev kimi bir şəxsiyyətə dəyər verən həyat yoldaşı, bu gün ki Azərbaycanımızın başında duran İlham Əliyev kimi prezidentliyə layiq olacaq səviyyədə övlad tərbiyə edən, millətin gözünə nur verən qlaukoma deyilən bir xəstəliyin qarşısının alınması üçün ixtiraçı bir qadının həyat yolu silsilə şəklində məktəbimizin daxilində bütün incəlikləri ilə şagirdlərə təqdim edilib. Tədbir sonunda mahiyyət etibarı ilə təhsilin insan həyatında nə qədər önəmli rola malik olduğu açıqlanıb. Məktəbimizin direktoru Leyla xanım Baxşıyevanın əmri ilə hazırlanmış bu tədbir çox tədqirəlayiq bir mövzu olaraq təqdim olunub və Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Namazovaya xüsusi təşəkkür bildirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi