Məktəbdə "Təhsil almamış qurulan evliliklərə yox deyək” adlı tədbir keçirilib

Aprelin 19-da məktəbimizdə “Təhsil almamış qurulan evliliklərə yox deyək” adlı tədbir keçirilib. Tədbirin təşkilatçısı 10A sinif şagirdi Aygün Məhərrəmova eyniadlı teatr səhnəciyinin ssenarisini yazıb, məktəbin şagirdləri ilə birlikdə ədəbii-bədii kompozisiya da qurub. Tədbirdə qonaq qismində Bakı Baş Polis İdarəsinin bölmə rəisi Məryəm Ömərova, Qiraət layihəsinin rəhbəri Təhmasib Novruzov, şair-publisist Fəxrəddin Meydanlı, “Türkiyə Universitetləri Məzunları “İctimai birliyinin sədri Çingiz Bayramov, məktəbin direktoru, müəllim və şagird kollektivi iştirak edib. Şagirdlərin oynadıqları səhnəciklər bütün tədbir iştirakçılarını duyğulandırıb. Oynalınan rolların həyatiliyi hamını təəccübləndirib. Şagirdlərin oxuduğu mahnılar və şeirlər çox maraqla qarşılanıb. Tədbirin iştirakçıları şagirdlərə öz ürək sözlərini deyiblər. Hər birinin məzmunlu çıxışları şagirdlərin gələcək həyat yoluna işıq salıb, onlarda gözəl fikirlər oyadıb. Tədbir iştirakçıları təklif edib ki, belə tədbirlər təkcə Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə yox, başqa məktəblər də keçirilsin. Bu həm Aygünün, həm də 44 nömrəli tam orta məktəbin uğuru idi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi