Məktəblilər Heydər Əliyev Mərkəzində ekskursiyada olub

Aprelin 15-də məktəbin 2 "A" sinif şagirdləri sinif müəllimi Yeganə Quliyeva ilə birlikdə Heydər Əliyev Mərkəzində ekskursiyada olub. Onlar Heydər Əliyev Mərkəzində yerləşən bir çox muzeyi gəzib, Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanış olublar. Ümummilli liderin keçdiyi həyat yolu haqqında şəkillər və videolentlər balacaların marağına səbəb olub. Onlar Heydər Əliyev Mərkəzində gördükləri haqqında inşa yazıb və təəssüratlarını başqa uşaqlarla bölüşüblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi