“Məktəb bağları” layihəsi çərçivəsində iməcilik

Aprelin 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən 111 nömrəli tam orta məktəbin həyətində iməcilik keçirilib. Məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilib. Bu tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun şəxsən iştirakı məktəb kollektivində böyük ruh yüksəkliyi yaradıb. “Məktəb bağları” layihəsi çərçivəsində keçirilən bu tədbirdə məktəbimizin direktoru, tərbiyə işləri üzrə direktor müavini və şagirdlər iştirak ediblər. Biz kollektiv olaraq bu layihənin təşəbbüskarı Leyla Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi