“Aprel döyüşləri hərb tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib

Aprelin 7-də məktəbimizdə “Aprel döyüşləri hərb tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbir açıq havada şəhid qəhrəmanımız Y.Mirzəyevin büstünün qarşısında keçirilib. Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edən müəllimlər qürurla aprel döyüşlərində ermənilərə qarşı müharibədə həlak olmuş şəhidlərdən danışıblar. Azərbaycan ordusunun qəhrəmanlıq tarixinə qələbə gününün başlanğıcı kimi daxil olan aprel döyüşlərində ordu və xalqın birliyindən fəxrlə söhbət açılıb. Azərbaycan Silahlı Qüvvələrinin gücünü nümayiş etdirən bu döyüşlərin tarixi əhəmiyyəti vurğulanıb. Şagirdlər müzəffər ordumuza həsr olunmuş şeir və mahnıları səsləndiribər. Onlar öz nitqlərində inam və qətiyyətlə bildiriblər ki, ordumuz işğal altında olan torpaqlarımızı da Lələ təpə yüksəkliyi kimi erməni işğalından azad edəcəkdir. Tədbir şagirdlərdə vətənpərvərlik hissini gücləndirib, onlarda qəhrəman ordumuza olan inam hissini artırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi