Milli Qəhrəman Yusif Mirzəyevin Doğum Gününə Həsr Olunmuş Tədbir

Mayın 23-də məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidimizin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Bakı Regional bölməsinin əməkdaşı Nuru İmanov və Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşı Nurlan Vəliyev qonaq qismində iştirak ediblər.
Məktəbin direktoru Əzizə Abasova çıxışında Yusif Mirzəyevin həyat və döyüş yolundan danışıb.
Şagirdlər qəhrəmana həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa edib, həmçinin səhnəcik təqdim ediblər. Tədbir gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edib.