"31 Mart faciəsini unutmayacağıq“ mövzusunda tədbir keçirilib

30 martda məktəbdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə bir sıra tədbirlər həyata keçirilib. Məktəbin bütün sinifləri həmin mövzuda müxtəlif adlarla divar qəzetləri buraxıblar. Xüsusi rəssamlıq istedadı olan şagirdlər rəsm əsərlərində bu faciəni əks etdiriblər. Məktəbimizin IIIA sinif şagirdləri “31 Mart faciəsini unutmayacağıq “ mövzusunda tədbir keçiriblər. Tədbirdə çıxış edən İsmayılova Hürü müəllimə bildirib ki, 1918-ci ildə ermənilər Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran, Qarabağ və Qərbi Azərbaycanda 50 min azərbaycalıları qətlə yetirmələrindən, 10 minlərlə insanları öz yurd-yuvalarından qovmalarından danışıb. Şagirdlərin çıxışları və şeirləri tədbiri daha da maraqlı edib. Həmin gün “31 Mart faciəsinin tarixi dərsləri” mövzusunda “Dəyirmi masa” təşkil olunub .Tədbirdə çıxış edən müəllim və yuxarı sinif şagirdləri həmin faciənin tarixindən danışıblar və fikirlərini bölüşüblər.Onlar bildiriblər ki, tarixin acı dərslərindən ibrət götürüb düşmənə lazım olan cavabı verməliyik. Tarixən Azərbaycana qarşı yeridilən erməni fitnəkarlığına həm siyasi, həm də hərbi yolla mübarizə aparmalı, itirilmiş yurd-yuvalarını geri qaytarmalıyıq. Bu tədbir məktəbimizdə şagirdlərin vətənpərvərlik tərbiyəsinə xüsusi təsir göstərib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi