“Ölkəmizi tanıyaq” adlı səyahət
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/149061178258d8ee46296466.57349082.jpg)
Azərbaycan Respublikası Prezidentinin əmri əsasında Nəsimi Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə “Azərbaycanımızı tanıyaq” adlı səyahət həyata keçirilib. Səyahətdə məktəbimizin XI sinif şagirdi Fatimə Cəfərli Naxçıvan Muxtar Respublikasında olub. Burada şagirdlərə göstərilən diqqət və qayğıdan onlar çox məmnun olublar. Şagirdlər Naxçıvanın tarixi abidələrinin ziyarət edib, gəzməli - görməli yerlərində olublar. Bu, şagirdlərin dünyagörüşünə təsir edib, Vətənimizi daha yaxşı tanımağa imkan yaradıb, onlarda vətənpərvərlik hissini gücləndirib.