“Novruz gəlir, yaz gəlir!” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

17.03.2017-ci il tarixdə məktəbdə “Novruz gəlir, yaz gəlir!” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə məktəbin direktoru,təlim-tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri, valideynlər və şagirdlər iştirak ediblər. Tədbiri şagirdlər səhnəciklərlə açıblar, bir məktəbin fonunda hadisələri əlaqələndirərək tədbiri daha maraqlı ediblər. Akt zalının səhnəsi Novruz atributları ilə çox rəngarəng bəzədilib. Novuzdan əvvəlki çərşənbələrin dialoqları çox maraqla qarşılanıb. Bahar qızın rəqsi və monoloqu tədbir iştirakçılarına böyük ümid və sevinc bəxş edib. Novruzun ənənəvi obrazları Keçəl və Kosanın gəlişi, onların dialoqları şagirdlər tərəfindən çox maraqla qarşılanıb. Milli geyimdə olan qızların “Haxışda”sı tədbiri daha da gözəlləşdirib. Bir-birindən maraqlı milli və müasir rəqslər ifa edilib. Tədbirin sonunda söz məktəbin direktoru Leyla xanıma verilib. Leyla xanım xalqımıza məxsus milli-mənəvi dəyərləri yaşatmağın vacibliyindən danışıb. Sonra məktəb üzrə keçirilən Novruz tədbirlərinə həsr olunmuş müsabiqə qalibləri müafatlandırılıb. Tədbirin sonunda qaliblərlə xatirə şəkilləri çəkilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi