“Qaytar ana borcunu” əsərinin təhlili üzrə açıq dərs keçirilib

17.03.2017-ci il tarixdə məktəbin IXC sinfində Azərbaycan-dili və ədəbiyyat müəllimi Ceyran Həşimovanın rəhbərliyi ilə Ə.Kərimin “Qaytar ana borcunu” əsərinin təhlili üzrə açıq dərs keçirilib. Dərs ev tapşırıqlarının hansı səviyyədə yerinə yetirilməsi təqdimatının dinlənilməsi və müzakirəsi əsasında başlayıb. Böyük sənətkarımız R.Behbudovun “Ana” mahnısının sədaları altında dərsin standartları, məqsədi, iş formaları, üsulları lövhədə işıqlandırılıb. Motivasiya : Ana-övlad münasibətləri söz sənətkarlarını hansı səbəblərə görə düşündürə bilər? Şagirdlər çox yaradıcı şəkildə bayatılarımızdan, atalar sözlərindən və bədii əsərlərdən nümunə gətirməklə sərbəst şəkildə fikir yürüdüblər. Aktyor A.Bayramovun ifasında “Qaytar ana borcunu” şeiri səsləndirib. Daha sonra şagirdlər rollu oyunlar üsulundan istifadə etməklə əsəri səhnəcik şəkildə təqdim ediblər. Bu hamını çox duyğulandırıb, onlar çox məharətlə rolları ifa ediblər. Təqdimat sualı verilib: Böyük zaman kəsiyi kamil sənət əsərindəki nəsihətamiz fikirlərin dəyərini azalda bilərmi?” fikrini doğru saymaq olarmı? Müəllim C.Həşimova Ə.Kərimin həyat və yaradıcılığını, mövzu rəngarəngliyini bədii əsərləri əsasında çox gözəl izah edib. Şairin “Babəkin qolları”, “Daş”, “Ana” və s. əsərlərindəki dərin məzmun şagirdlərə çatdırılıb. Daha sonra qrup işi verilib. Qrup işini şagirdlər təlimin yeni metodlarından istifadə etməklə təqdim ediblər. Təqdimat zamanı sərbəst fikir yürüdülüb və işgüzar müzakirə aparılıb. Dərs müasir dövrün bütün qlobal problemləri ilə əlaqələndirilib. Xalqımıza məxsus milli-mənəvi dəyərlər aşılanıb, mövzulararası və fənlərarası inteqrasiya yaradılıb. Ana ilə Vətən anlayışlarının müqəddəsliyi dəfələrlə vurğulanıb. Qiymətlədirmə hər qrupun özü tərəfindən başqa qrupa edilib, formativ qiymətləndirmə səviyyələrə müvafiq meyarlar əsasında edilib. Dərs məktəb direktoru L.Baxşıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini T.Xankişiyeva və fənn müəllimlərinin iştirakı ilə təhlil olunaraq yüksək qiymətləndirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi