"Sinifdən Liderliyə: Tədrisdə İnnovativ Yanaşmalar" təlimi
Yanvarın 24-də məktəbdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi və xarici dil üzrə mütəxəssis Günay Əkbərova tərəfindən “Sinifdən Liderliyə: Tədrisdə İnnovativ Yanaşmalar" təlimi keçirilib. Bu təlimin məqsədi, müəllimlərə şagirdlərdə liderlik bacarıqlarını inkişaf etdirmək üçün müasir metodlar təqdim etmək olub.
Təlim zamanı şagirdlərdə təşəbbüskarlıq və problem həll etmək bacarıqlarını inkişaf etdirməyin, komandada işləmək və qərar qəbul etmək vərdişlərini gücləndirməyin, yaradıcı düşüncə və liderlik mədəniyyətini formalaşdırmağın yolları haqqında geniş məlumat verilib.
Təlimdə müəllimlər innovativ tədris metodları ilə tanış olmaq imkanı qazanıblar.
Sonda müəllimlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara aydınlıq gətirilib.