Şagirdlər Şəhidlər Xiyabanını ziyarət edib

Yanvarın 17-də məktəbin şagirdləri 20 Yanvar şəhidlərinin nurlu xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onun havadarı olan SSRİ rəhbərliyi haqqında məlumat şagirdlərin diqqətini cəlb edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi