Açıq dərs keçirilib
Yanvarın 15-də məktəbin 7 ”B” sinfində “Üçbucağın elementləri. Hündürlük” mövzusunda riyaziyyat müəllimi Hacıyeva Sevinc tərəfindən açıq dərs keçirilib. Dərs zamanı şagirdlər üçbucağın elementləri, onların xüsusiyyətləri və hündürlüyün çəkilməsi qaydaları ilə tanış olublar. Sevinc müəllimə mövzunu interaktiv üsullarla izah edərək, şagirdlərin fəal iştirakını təmin edib. Dərsin əsas məqamları aşağıdakılar olub:
-Üçbucağın tərəfləri, bucaqları və onların qarşılıqlı əlaqələri izah edilib.
-Hündürlüyün çəkilməsi üsulları lövhədə və praktik tapşırıqlarla nümayiş etdirilib.
-Şagirdlər qrup işlərində iştirak edərək mövzuya dair məsələlər həll ediblər.
-Suallar vasitəsilə mövzu təkrar olundu və şagirdlərin biliyi möhkəmləndirildi.
Dərs həm şagirdlər, həm də iştirak edən müəllimlər tərəfindən maraqla qarşılanıb. Sevinc müəllimə əməyinə görə təşəkkür edir, fəaliyyətində uğurlar arzu edirik.