“Alternativ enerji mənbələri” mövzusunda tədbir keçirilib

Məktəbdə “Alternativ enerji mənbələri” mövzusunda tədbir keçirilib. Tədbirdə təşkilatçı rəhbər, fizika müəllimləri, “Yaşıl enerji təbliğatçıları”-şagirdlər iştirak ediblər. Tədbir fizika kabinetində keçirilib. Şagirdlər alternativ enerji resurslarına aid şəkillər nümayiş ediblər. Məktəb foyesini yaşıl və sarı şarlarla bəzəyərək: Sarı günəş rəmzi, yaşıl rəmz isə canlı təbiətin oyanması, ekolji saflıq və təmizlik kimi təbliğ ediblər. Şagirdlər Azərbaycanda “Günəş” və “Külək” enerjilərindən istifadə ərazilərini və Sumqayıtda fəaliyyət göstərən “Az.Güntex” Günəş kollektorları, Qobustan Eksperimental Poliqonu müəssisələri haqqında geniş məlumat veriblər. Alternativ enerjidən istifadə müasir dövrün tələbidir. Bu enerji resursları ilə işıqlı gələcəyə doğru!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi