“Səməni, saxla məni” müsabiqəsi keçirilib

14 martda İlaxır çərşənbəyə həsr olunmuş “Səməni, saxla məni” müsabiqəsi keçirilib. Novruz bayramı xalqımızın qədim və müqəddəs bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri vardır. Səməni cücərtmək baharın gəlişinə bir rəmzilik duyumu ifadə edir. Dədə-babalarımız səmənini bolluq, bərəkət rəmzi kimi düşündükləri üçün yazın gəlişini də səməni cücərtməklə qarşılamışlar. Bu ənənəni gələcək nəsillərə çatdırmaq üçün “Səməni, saxla məni” müsabiqəsi xüsusi əhəmiyyətə malikdir. Müsabiqədə V-XI sinif şagirdləri iştirak edib. Hər cür formada : Azərbaycanın xəritəsi, buta, xoruz, günəş, paxlava şəkilli səmənilər göz oxşayıb. Müsabiqədə Novruz atributları da öz əksini tapıb. 4A, 6B, 7A,sinfinin səmənisi qalib elan edilib. Bu müsabiqə şagirdlər tərəfindən çox sevinclə qarşılanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi