“Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/148905414358c129bfda1526.25403912.jpg)
07.03.2017-ci il tarixdə Bakı Şəhər Təhsil İdarəsinin 1 nömrəli tam orta məktəbdə təşkil etdiyi “H.Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbimizin direktoru, müəllimlərimiz, XI sinif şagirdləri iştirak ediblər. Ulu öndərimiz H.Əliyev irsinin öyrənilməsi, gələcək nəsillərin bu irs əsasında tərbiyələndirilməsi çox vacib məsələdir. Müstəqil Azərbaycanın qurucusu olan H.Əliyevin böyüklüyü ilk növbədə onun milliliyində, mənsub olduğu xalqa, adət-ənənələrə bağlılığında, vətənpərvərliyində idi. Tədbir XI sinif şagirdlərinin dünya görüşünün formalaşmasına çox mühüm təsir göstərib.