Məktəbdə "Yel çərşənbəsi" ilə əlaqədar iməcilik keçirilib

"Çərşənbə iməcilikləri" layihəsi əsasında bu gün Yel çərşənbəsi ilə əlaqədar məktəbimizin həyətyanı sahəsində iməcilik keçirilib. Məktəbin IX sinif şagirdləri müəllimlərlə birlikdə məktəbyanı sahədə bir neçə ağac və gül kolları əkiblər. Şagirdlərimiz bu gün iməcilikdə böyük həvəslə iştirak ediblər. Daha sonra şagirdlərin "Yel çərşənbəsi" ilə əlaqədar keçirilən şəkərbura yarışı daha maraqla qarşılanıb. Hər sinifdən yarışa qatılan iştirakçı özünün qabiliyyətini nümayiş etdirib. Şəkərburanın üstünə vurulan naxışlara görə qaliblər müəyyənləşdirilib. Belə tədbirlər şagirdlərin dünyagörüşünü formalaşdırır, onlarda milli-mənəvi dəyərlərə hörmət hissi aşılayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi