Tanınmış pedaqoq məktəblilərlə görüşəcək

“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü keçiriləcək.

Görüş oktyabrın 1-də paytaxtdakı 44 nömrəli tam orta məktəbdə baş tutacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı tanınmış pedaqoq, Əməkdar müəllim Ənvər Abbasov olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti, Kaspi.az saytı və Baku TV-dir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi