Məktəbdə “Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib

1 Mart məktəbimizdə “Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirilib. Azərbaycanın erməni təcavüzünə qarşı apardığı müharibədə gələcək nəsilləri döyüşlərə hazırlamaq, döyüşün sirlərini öyrətmək, onları gözləyən təhlükənin qarşısını almaq üçün belə tədbirlərin keçirilməsinə çox böyük ehtiyac vardır. Əvvəlcə hər bir sinifdə Mülkü Müdafiə Günü haqqında şagirdlərə məlumatlar verilib, daha sonra həyəcan siqnalı verilib. Bütün sinif şagirdləri həyətə çıxıblar. Əvvəlcədən həyətdə görülmüş tədbirlər nəticəsində yuxarı sinif şagirdləri yanğından mühafizə üsullarına əməl edərək hərbi geyimdə, əlehqazlar istifadə edərək yaralıları alovun içərisindən çıxarıblar. Sanitar qızlar dəstəsi yaralılara ilk tibbi yardım göstəribl, onlara sarğılar ediblər. Bəzi şagirdlər süni tənəffüsün verilməsini əyani şəkildə göstəriblər. Tədbir şagirdlərdə böyük maraq doğurub, onlarda əsl döyüşçü və vətənpərvərlik hissini gücləndirib. Bundan başqa 6-cı sinif şafirdlərinin “Mülki Müdafiə Günü”nə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş edilib. Sərgidə erməni barbarlarının yandırdıqları evlər göstərilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hərbi işçilərimizin göstərdiyi qəhəmanlıqlar da bu sərgidə nümayiş edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi