Məktəbdə “Ekoloji mədəniyyət və incəsənətin” təbliği mövzusunda “Dəyirmi masa” keçirilib

Məktəbdə fevralın 28-də “Ekoloji aylıqlar” layihəsi həyata keçirilib. Layihənin davamı olaraq məktəbimizdə “Ekoloji mədəniyyət və incəsənət”, “Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda bir sıra işlər görülüb. “Ekoloji mədəniyyət və incəsənətin” təbliği mövzusunda IXC sinif şagirdləri “Dəyirmi masa” keçirib. Masada şagirdlər respublikamızda keçirilən ekoloji tədbirləri, dövlətimizin bu sahədə gördükləri işləri sadalayıblar. Ətraf mühitə vurulan ziyanlardan danışan şagirdlər onların qarşısının alınmasında hər bir Azərbaycan vətəndəşının rolunun vacibliyindən söhbət açıblar. İçməli şirin su hövzələrinin çirklənməsi barədə məlumat verən Aysu Əzizova bildirib ki, ermənilərin zəbt etdiyi bölgələrdə çaylarımıza axıdılan kimyəvi zəhərləyici maddələr ekoloji tarazlığı pozur və sularımızın çirklənməsinə səbəb olur. “Dəyirmi masa” iştirakçıları bir-birindən maraqlı fikirlər söyləyiblər. Məmmədli Qüdrət bildirib ki, iri sənaye şəhərlərimizdə: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, və s. insanların sıx yaşadığı ərazilərdə maşınların çoxluğu, zavod və fabriklərdən çıxan zərərli qazlar atmosferdə ekoloji tarazlığı pozur. Ona görə də biz məktəblilər də bu işə qoşulub yaşıllıqlar salmalıyıq. Əliyev Nicat isə maraqlı təkliflərini verib. O, bildirib ki, məktəb daxilində təbii ehtiyatları, yəni elektrik enerjisini və içməli suyu qənaətlə istifadə edib, aşağı sinif şagirdlərini də ekoloji mədəniyyətə sahiblənmələri üçün maariflənmə işləri aparmalıyıq. Daha sonra ekologiya ilə bağlı şagirdlər sərgiyə baxıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi