Məktəbdə “Xocalı xalqımızın qan yaddaşı“dır mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

Bakı şəhər Təhsil İdarəsinin “Xocalı soyqırımı”nın 25-ci ildönümü ilə əlaqədar tədbirlər planına əsasən məktəbdə bir sıra tədbirlər həyata keçirilib. “Xocalı soyqırımı”nın 25-ci ildönümü ilə bağlı sinif təşkilat saatları və mühazirələr təşkil edilib. V-XI siniflərdə “Xocalıların kədəri və ümidi” mövzusunda inşa yazı müsabiqəsi təşkil edilib. “Xocalısız 25 il” mövzusunda gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş edilib və guşə yaradılıb. Şagirdlərdən ibarət “Bir yurd vardı Xocalı“ adlı bədii qiraət təşkil olunub və qaliblər mükafatlandırılıb. Ayrı-ayrı siniflər Xocalı soyqırımına aid divar qəzetləri buraxıblar. Sinif rəhbərləri “Ana harayı“ abidəsinin ziyarətini təşkil ediblər. “Xocalı xalqımızın qan yaddaşı“dır mövzusunda ədəbi-bədii kompozisiya keçirilib. Azərbaycan Respublikası Dövlət Himni səsləndirildikdən sonra, Xocalı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Leyla xanım Baxşıyeva Xocalı faciəsinin tarixindən, törədilən faciələrin miqyasından məlumat verib. Azərbaycanın ümummilli lideri H.Əliyevin soyqırıma verdiyi siyasi qiyməti tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dünya ictimaiyyətinə bu faciəni çatdırmaq üçün Respublika Prezidenti İ.Əliyev cənablarını və H.Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın gördüyü tədqirəlayiq işlər barədə tədbir iştirakçılarına məlumatlar verib. Daha sonra bir-birindən maraqlı şeirlər, mahnılar səsləndirilib. Şagirdlər Xocalıda törədilən faciəni özlərinin ssenarisi əsasında yaratdıqları səhnəciklərlə tədbir iştirakçılarını çox duyğulandırıblar. Bu tədbir onlarda vətənpərvərlik hissini daha da alovlandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi