Maarifləndirici görüş
Aprelin 4-də məktəbdə şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə maarifləndirici görüş keçirilib. Mütaliə etməyən uşaqların problemləri aydınlaşdırılıb. Kitabxananın qiraət zalında şagirdlərin daha çox hansı kitablarla maraqlanmaları təhlil edilib. Mütaliənin insanın həyatında göstərdiyi mühüm məqamlar qeyd edilib.