Mart soyqırımı
Martın 29-da məktəbdə 31 Mart-Azərbaycanlıların Soyqırımına həsr olunmuş "dəyirmi masa" keçirilib. Siyasi-hüquqi qiymətini almayan bu soyqırım zamanı təkcə Bakıda 30 mindən çox azərbaycanlı öldürüldüyü, Şamaxı qəzasının 58 kəndinin yandırıldığı, 8 mindən çox adamın qətlə yetirildiyi, Quba qəzasının 122 kəndinin yerlə-yeksan edildiyi vurğulanmışdı. Həmçinin Azərbaycanın digər rayonlarında törədilmiş soyqırımlar şagirdlərə nümayiş etdirilib. Tədbirdə soyqırım zamanı həlak olan şəxslərin ruhu yad edilib.