Məktəbdə çərşənbə günləri münasibəti ilə iməcilik keçirilib

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Təhsili Dəyərə Çevirək” devizi altında keçirdiyi fəaliyyət planı məktəbimizdə bir sıra tədbirlərlə icra edilir. Fəaliyyətdən irəli gələn tələbləri əsas götürərək məktəbin müəllim və şagirdləri Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə günləri münasibəti ilə məktəbyanı həyətdə iməcilik keçirib. Məktəbin həyətində olan ağacların gövdəsi ağardılıb, çiçək və kolluqların qurumuş budaqları kəsilib, yeni ağaclar əkilib. Gənc nəsilə milli-mənəvi dəyərləri aşılamaq üçün, onlarda Novruz adət ənənələrinə yiyələnmək kimi xüsusiyyətlər təbliğ etməkdə fəaliyyət planı mühüm rol oynayır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi