Rəsm sərgisi

Martın 14-də məktəbdə Novruz tədbirləri çərçivəsində rəsm sərgisi keçirilib. Məqsəd uşaqlara milli adət-ənənələrimizi, dəyərlərimizi öyrətmək, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub. Rəsmlərdə yazın gəlişi, novruz atributları öz əksini tapıb. Həmçinin Novruz bayramının gözəl adətlərinin yaşadılması məqsədilə yarış keçirilib. Yarışmada müxtəlif formalı, bəzəkli səmənilər yer alıb. Bundan əlavə məktəbdə Novruz şirniyyatlarından olan "Şəkərbura", "Paxlava" yarışması da keçirilib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi