Şagirdlərə film nümayiş edilib
Novruz adətlərinin əks olunduğu filmlərimiz məktəbin şagirdlərinə nümayiş etdirilib. İ.Şıxlının eyniadlı romanı əsasında ekranlaşdırılan "Dəli Kür" filmində Novruz bayramı ilə bağlı kadrlar şagirdlərin böyük marağına səbəb olub. Filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, bacadan şal atmaları diqqət çəkən məqamlardan olub. "Yeddi oğul istərəm" filmindən Kosa və Keçəlin oyunu, yeddi oğuldan birinin əlində səməni gətirməsi də şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.