Məktəbdə “Ana dilim varlıq möhürümdür” mövzusunda “dəyirmi masa” keçirilib

Məktəbdə “Ana dilim varlıq möhürümdür” mövzusunda “dəyirmi masa” keçirilib. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimin Ana dilinin müqəddəsliyindən, bir millətin varlığında ana dilinin rolundan danışıb. Xanım müəllimə öz çıxışını ulu öndərimiz H.Əliyevin ana dilinə verdiyi yüksək qiymətlə mənalandırıb.“Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də, biz bu dildə danışdığımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini mükəmməl bilməlidir”. "Dəyirmi masa"da şagirdlər öz ana dilinin gözəlliyindən həvəslə söhbət açıblar və şeirlər söyləyiblər. İbtidai sinif müəllimləri də ana dilinə olan dövlət qayğısından, bu dilin sevdirilməsi üçün apardıqları işlərdən danışıblar. Ana dili günü münasibəti ilə Leyla xanım Baxşıyeva Ana dilinin tədrisində göstərdikləri xidmətlərə görə müəllimləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Direktor müəllimləri tərifnamələrlə rəğbətləndirib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi