"E-Safety Bronze Label" adlanan bürünc medalı
"The eSafety Label Community" tərəfindən məktəbdə təhlükəsiz internet istifadəsi ilə bağlı "E-Safety Bronze Label" adlanan bürünc medala layiq görülmüşük. Məqsəd məktəbləri və şagirdləri internetin zərərlərindən qorumaq üçündür və bu "European SchoolNet" tərəfindən ilk dəfə 2012-ci ildə tətbiq edilib. Bu kontekstdə məktəb təhlükəsiz internet istifadəsi haqqında məlumatlılığı artıran eSafety etiketini alıb. Məktəbin adından müraciət edən və Təhlükəsiz İnternet Günü çərçivəsində ilk addım olan Bürünc Etiketi alan ibtidai sinif müəllimi Təranə Nuriyeva olub.