Məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Y.Mirzəyevin ölümünün 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın Milli Qəhrəmanı Y.Mirzəyevin ölümünün 24-cü ildönümü günü kimi adını daşıdığı Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə qeyd edilib. Tədbirdə Y.Mirzəyevin döyüş dostları, Qarabağ müharibəsinin iştirakçıları, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, ATV-də operator vəzifəsində çalışan Seyidağa Mövsümlü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musaoğlu, kinorejissor N.Abbasov, qəhrəmanın ailə üzvləri-bacısı Nailə xanım, qardaşı A.Mirzəyev, qızı N.Mirzəyeva və bacısı qızı Nərmin xanım iştirak ediblər. Tədbir Dövlət Himninin ifasından sonra, şəhid qəhrəmanın ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi il başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru L.Baxşıyeva qəhrəmanın keçdiyi döyüş yolu və qəhrəmanlıqları haqqında məlumat verib. Şagirdlərin söylədiyi şeirlər, ifa etdikləri mahnılar və göstərdikləri səhnəciklər tədbir iştirakçılarına böyük maraq doğurdu, duyğulu anlar yaşatdı. Ş.Əlizamanlının ifa etdiyi mahnılar şagirdlərdə vətənpərvərlik duyğularını oyatdı, Qəhrəmanın döyüş dostları Y.Mirzəyevin Milli Azadlıq Hərəkatında apardığı mübarizədən və Qarabağda döyüş yolundan fərəhlə danışıblar. Qəhrəmanın Ağdərə cəbhəsində ermənilərin müdafiəsini yararaq döyüş dostlarını xilas edərkən qəhrəmancasına vətən yolunda şəhid olmasından ürəkdolusu söhbət açıblar. Ailə üzvləri Y.Mirzəyevin mənalı ömür yolu və əbədi xatirəyə çevrilmiş günləri haqqında məktəbimizin şagirdlərinə məlumat veriblər. Onlara qəhrəmanın məktəb illərindən, uşaqlıq və gənclik xatirələrindən söhbət açarkən şagirdlərə onun yolunu davam etdirməyi arzulayıblar. Qəhrəmanın adını daşıdığı 44 nömrəli tam orta məktəbin şagirdlərinə daha məsuliyyətli və vətənpərvər olmağı tövsiyə ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi