Şagirdlər Şəhidlər Xiyabanını ziyarət edib
Yanvarın 18-də məktəbin şagirdləri 20 Yanvar şəhidlərinin nurlu xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onun havadarı olan SSRİ rəhbərliyi haqqında məlumat şagirdlərin diqqətini cəlb edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.