20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən rəsm sərgisi
Yanvarın 17-də məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilən rəsm sərgisi keçirilib. "20 Yanvar milli qürur günümüzdür" adlı sərgidə şagirdlərin əl işlərindən ibarət rəsmlər nümayiş etdirilib. Rəsmlərdə xalqımıza qarşı törədilən qanlı faciə əks etdirilmiş, insanların azadlıq uğrunda mübarizə əzmi, bu yolda dönməzliyi təsvir edilib.