E-twinning layihəsinə başlanılıb

Azərbaycan və Türkiyə dövlətlərinin iştirakı ilə həyta keçirilən “The Power Of Modeling In Science” -"Elmdə Modelləşdirmənin Gücü" adlı eTwinning layihəsinin icrasına başlanılıb. 10  türk və 3 azərbaycanlı müəllimin iştirakı ilə şagirdlər müxtəlif fəaliyyətlərə cəlb olunublar.

 Tanış olma görüşü ilə başlayan layihə 4 ay davam edəcəkdir. Bu müddət ərzində 9-12 yaş arası şagirdlərimiz aşağıdakı bilik və bacarıqlara sahib olacaqlar:

1. Modelləşdirmədən istifadə etməklə Təbiət fənlərini öyrənəcək;

2. Web 2.0 proqramlarının sinif fəaliyyətlərində istifadə edəcək;

3. Elmi fikirləri qiymətləndirməyi, onları sintez etməyi, problemləri həll etməyi, dəqiq təhlil və hesablamalar aparmağı və nəticələri lazımi şəkildə təqdim etməyi öyrənəcək.

4. Elmi savadlılığın və problemlərə çoxşaxəli yanaşmanın əhəmiyyətini dərk etməyi və elmə vahid yanaşmanı mənimsəməyi bacaracaq;

5. Rəqəmsal savadlı olmaq aşılanacaq.

6. Texnologiyadan düzgün istifadə etmələrini məqsədəuyğun şəkildə biləcəklər.

Qeyd edək ki, layihədə ibtidai sinif müəllimi Təranə Nuriyeva 3 "B" sinif şagirdləri ilə iştirak edir. Müəllim və şagirdlərimizə uğurlar diləyirik!

https://youtu.be/_GoRY4OAydk?si=p3FlSmAS4MEd5JWz

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi