"Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür" adlı tədbir

Dekabrın 27-də məktəb kollektivi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təntənəli şəkildə qeyd edib. İlk öncə tədbirin aparıcısı çıxış edərək qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi və torpaqlarımız uğrunda canından keçən qəhrəman oğulların müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib. Aparıcı çıxışında "Dilimiz həmrəyliyimiz, həmrəyliyimiz birliyimiz, birliyimiz gücümüzdür" adlı tədbirin əsas mövzusunun dünya azərbaycanlılarının ortaq nöqtəsi olan Azərbaycan dili olduğunu vurğulayıb. Məktəbin direktoru Əzizə Abasova qonaqları salamlayıb və tədbiri açıq elan edib. Tədbir zamanı şagirdlər Azərbaycan xalqının, Azərbaycan dilinin keçdiyi tarix yolunu öz səhnəciklərində canlandırıblar. 

Tədbirin sonunda Bakı şəhəri 284 nömrəli tam orta məktəbin direktoru Xalid Alihüseynov, Bakı şəhəri 270 nömrəli tam orta məktəbin direktoru Namiq İbadov, Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəbin direktoru Fəzilə Məmmədova çıxış edib, şagirdlərə, kollektivə öz ürək sözlərini bildiriblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi