"7-dən 17-yə vətənpərvərlik" layihəsi
Noyabrın 21-də məktəbdə "7-dən 17-yə vətənpərvərlik!" layihəsi çərçivəsində tarix müəllimi Vüsal Qafarov və coğrafiya müəllimi Ağca Quliyeva tərəfindən Azərbaycanın tarixi və coğrafiyası mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixindən söhbət açılıb. "Dəyirmi masa"da ekoloji problemlərə də toxunulub, bu mövzuda videoçarx nümayiş etdirilib.