"Zəfər Günü"nə həsr olunmuş tədbir keçirilib
Noyabrın 7-də məktəbin 1"A" və 1 "B" sinfində "Zəfər Günü"nə həsr edilmiş tədbir keçirilib. Şagirdlər şeirlər söyləyib, videoçarx izləyiblər. 44 günlük qələbəmizə həsr edilmiş divar qəzetləri hazırlayıblar. Şəhidlərimizin şəkillərini başları üzərinə qaldıraraq onları yad ediblər. Tədbirin sonunda" "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" kimi şüarlar səsləndiriblər.